Suxoy Su-25

Su-25
Ukrayna HHQ-nə məxsus Su-25M1
Ukrayna HHQ-nə məxsus Su-25M1
Tipi Hücum təyyarəsi
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı Rusiya Ulan-Ude Aviasiya Zavodu
Gürcüstan Tbilisi Aviasiya Zavodu
Baş konstruktor P.O.Suxoy
E.A.İvanov
Dizayner Suxoy KB
İlk uçuş 22 fevral 1975
İstismara verilmə tarixi 1981
Status Aktiv xidmətdə
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
Belarus Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
İstehsal ili 1978–davam edir
Buraxılış sayı 1000+
Vahidinin qiyməti 3[1]— 10[2] mln. $
Variantları Su-39
Su-25UTQ
Su-28
Su-25T
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır.

Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.

Su-25 döyüş təyyarəsinin müxtəlif variantları 30 ildən çox müddətdir ki, bir çox döyüş əməliyyatlarında aktiv istifadə olunur. 1979-1989-cu illərdə baş vermiş Əfqanıstan müharibəsi ərzində mücahidlərə qarşı dəfələrlə anti-partizan əməliyyatlarında iştirak etmiş bu təyyarələr, hazırda Suriya vətəndaş müharibəsində Rusiya HHQ tərəfindən istifadə olunur.

Su-25 haqqında doğru olaraq bilinən bir yanlış var ki, bu Su-25-in qırıcı olmasıdır. Su-25 heç bir hava döyüşündə "dog fight" iştirak edə bilmədiyinə görə, hücum və hava dəstək təyyarəsi adlanır.

  1. "Su-25". 2009-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-13.
  2. "Su-25KM "Skorpion"". 2012-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-13.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy